Dünya

Boş evdən 40 səs çıxdı

31 Mart 2014 13:08
0 Şərh     Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə dünən keçirilmiş bələdiyyə və yerli idarəetmə orqanlarına seçkilərdə qalmaqallar sıralanıb.


Belə qalmaqallardan biri İstanbuldakı Dadyan Erməni Məktəbində olub.


Milli.Az DHA-ya istinadən bildirir ki, seçici Güçlü Göymen yaşadığı binanın boş mənzilinin "sakinləri" qismində 40 nəfərin səs verdiyini anlayanda şikayətlənib.


"Seçki məntəqəsinin əməkdaşları dedilər ki, bu adamların adları seçicilərin siyahısındadır və onlar səs verə bilərlər. Halbuki məhəllə muxtarlığının olayla bağlı polisə müraciəti var", - İstanbulun Bakırköy səmtindəki Zeytinlik məhəlləsinin sakini G.Göymen deyib. Onun sözlərinə görə, Milliyetçi küçəsi, 13 ünvandakı binadakı boş mənzillərdən birinin guya 40 sakini varmış.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.