Dünya

Kamal Kılıcdaroğlu istefa verdi? - YENİLƏNİB

31 Mart 2014 15:50
0 Şərh     Baxış: 1 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:50
 

Türkiyənin ana müxalifət partiyasının sədri Kamal Kılıçdaroğlu istefası ilə bağlı iddiaları təkzib edib.

Milli.Az-ın məlumatına görə, AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP sədri seçkilərin nəticələrini məğlubiyyət kimi qiymətləndirməyib: "İstefa iddiaları yalandır. Axmaqlıqdır".


Partiya sədri seçkilərlə bağlı da fikirlərini bölüşüb. O vurğulayıb ki, lazımi qiymətləndirmələr ediləcək, düzgün və yanlış tərəflər ortaya çıxarılacaq. Amma nəticəni məğlubiyyət kimi qiymətləndirmək olmaz. Əsas problemimiz odur ki, bir-birimizi dinləmirik. AKP üzvləri qulaqlarını bağlayıb nə dediyimizi eşitmək belə istəmirlər. Amma biz onlara qulaq asırıq, səhərdən axşama qədər baş nazirə qulaq asırıq".

----------
10:47

Türkiyənin anamüxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun tutduğu vəzifədən istefa verdiyi iddia olundu.

Anspress-in xəbərinə görə, bu barədə məlumatı Türkiyənin tanınmış jurnalisti Sevilay Yükselir öz twitter səhifəsində yayıb.

"Kamal Kılıçdaroğlu istefa verdi deyirlər... Doğrudur bu məlumat? Partiya üzvləri otağında onu qərarını geri götürməsi üçün razı salmağa çalışırlar", - deyə Sevilay Yükselir öz tvitində bildirib.

CHP mərkəzindən ANS-in İstanbul bürosuna verilən məlumata görə, bu xəbər şayiədir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.