Dünya

İranda dağ uçdu, ölənlər var

31 Mart 2014 09:57
0 Şərh     Baxış: 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İranın 59-cu magistral yolunda (Tehran-Çalus magistralı) dağ uçqunu baş verib. Hadisə nəticəsində bir avtomobil uçqun altında qalıb, iki nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə Mehr agentliyi xəbər verir.

Məlumata əsasən, ötən gecə baş vermiş hadisə nəticəsində Tehrandan Mazandaran əyalətinin Çalus bölgəsinə gedən yolda minlərlə avtomobil qalıb. Magistralda 10 km-dən çox məsafədə tıxac yaranıb.

Məlumatda həmçinin qeyd olunur ki, səhərədək yolun təmizlənməsi istiqamətində iş aparılıb və bu gün səhər yolu açmaq mümkün olub.

Hazırda həmin istiqamətdə gediş-gəliş bərpa olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.