Dünya

Türkiyədə 4 vilayətin bələdiyyə sədri qadın oldu

31 Mart 2014 09:37
0 Şərh     Baxış: 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabiq ailə və sosial siyasət naziri Fatma Şahin Qaziantep vilayətinin bələdiyyə sədri olacaq

Türkiyədə ötən gün keçirilən bələdiyyə seçkisində 4 vilayətin qadın namizədi öz qələbəsini elan etdi.

Anspress-in xəbərinə görə, namizədlərdən 2-si Sülh və Demokratiya Partiyasının (BDP), 1 nəfəri hakim AKP-nin, digəri isə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədidir.

AKP-nin namizədi olan sabiq ailə və sosial siyasət naziri Fatma Şahin Qaziantep vilayətinin bələdiyyə sədri olacaq.

Aydın vilayətindən seçilən CHP-nin namizədi Özlem Çerçioğlu artıq bu vəzifəni ikinci dəfə icra edəcək. Çerçioğlu bundan əvvəlki seçkidə də Aydının bələdiyyə sədri seçilmişdi.

BDP-nin həmsədri və bu partiyadan milət vəkili olmuş Gülten Kışanak Diyarbəkirin, həmin partiyanın digər namizədi Dilek Hatipoğlu Hakkarinin bələdiyyə sədri seçilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.