Dünya

Rio-de-Janeyroya tankla müdaxilə

31 Mart 2014 09:28
0 Şərh     Baxış: 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya hökuməti futbol üzrə dünya çempionatı turnirinə qısa bir müddət qalmış matçların keçiriləcəyi şəhərlərdə təhlükəsizlik xidmətləri gücləndirməyə çalışır

Braziliyada futbol üzrə dünya çempionatı turnirinə qısa bir müddət qalmış hökumət matçların keçiriləcəyi şəhərlərdə təhlükəsizlik xidmətləri gücləndirməyə çalışır.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, ötən gün bu məqsədlə Rio-de-Janeyro şəhərində genişmiqyaslı reydlər keçirilib.

1400-dən çox polis əməkdaşları, eyni zamanda, dəniz qüvvələri hava limanı yaxınlığında yerləşən köhnə qəsəbələrdə cinayətkar dəstə üzvlərini axtarıblar.

Polislər ağır silahlarla təchiz olunmuş narkotik tacirlərinin qəsəbələrinə tanklarla daxil olublar.

Əməliyyatlar zamanı bir neçə dəstənin üzvləri həbs olunublar.

Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatı iyun ayının 12-sindən iyul ayının 13-ünə qədər davam edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.