Dünya

Dünyanın damı dəyişir - FOTO

25 Mart 2014 22:02
0 Şərh     Baxış: 2 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nepal hökuməti Everest dağında bir sıra yeniliklər etmək təşəbbüsü ilə çıxış edir.
 

Trend Azərbaycan Alpinizm Federasiyasına istinadən məlumat verir ki, bu ölkənin Turizm Nazirliyi dağda söykəmə nərdivanların qurulmasını nəzərdə tutur. Ötən il bu mövzu müzakirə edilsə də həyata keçirilməmişdi.
 

Qurum nərdivanların Hillari Step sahəsində qoyulmasını təklif edir. Hillari Step iki tərəfdən dik qayalarla əhatə olunan, hündürlüyü 13 metrə çatan qar və buzlu şaquli qayanın döşündə yerləşir. Bu sahə dağın cənub-şərq tərəfində 8790 m hündürlükdə yerləşir.

Nepal hökumətinin fikrincə, nərdivan zirvəyə qalxmanı asanlaşdıracaq və sürətləndirəcək, alpinistlərin ən çox gəldiyi marşrutda olan "tıxacları" aradan qaldıracaq.
 

Təcrübəli alpinistlər Nepal rəhbərliyinin bu qərarından narazıdır. Onların fikrincə, bundan sonra gənc, zəif hazırlanmış alpinistlər Everesti daha asan zirvə hesab edəcəklər.
 

Bununla yanaşı, Turizm Nazirliyi rüsumları azaldaraq bundan əvvəl turistlər üçün bağlı olan zirvələri açmağı planlaşdırır.

Bu də hələ son deyil. Hər bir alpinist dağdan öz zibilindən savayı, azı 8 kq zibil çıxarmalıdır. Bu qayda aprel ayından qüvvəyə minir. Qaydaya riayət etməyənlər cərimə olunacaqlar.
 

Everest zirvəsinə qalxmanın qiyməti də dəyişdirilib. Əvvəllər bu məbləğ tək idmançı üçün 25 min dollar, qrup üçün 70 min dollar təşkil edirdi. 2015-ci ildən etibarən bütün idmançılar 11 min dollar ödəyəcəklər.
 

Bütün bu dəyişikliklər Everestin daha təmiz, ucuz və təhlükəsiz olmasına xidmət edəcək.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.