20:01
Milli.Az Reuters-ə istinadən bildirir ki, Yohannesburqdakı FNB stadionunda Cənubi Afrika Respublikasının mərhum prezidenti Nelson Mandela ilə vida mərasimində çıxış edən ölkə prezidenti Ceykob Zumanı 100 min insan fitə basıb.
Zuma ilə narazılıq ölkə iqtisadiyyatının ağır vəziyyəti, işsizlik və sosial bərabərsizlkilə bağlıdır. Bundan başqa, Ceykob Zuma bu yaxınlarda korrupsiya qalmaqalının səbəbkarı olub. O, malikanəsinin təmirinə dövlət büdcəsindən 20 milyon dollar xərcləməkdə suçlanıb.
ABŞ prezidenti Barak Obama çıxışından əvvəl Kuba lideri Raul Kastro ilə görüşüb. ABŞ və Kuba arasındakı münasibətlər həddən artıq gərgin olsa da, iki dövlət başçısı əl verib görüşüblər.
---------
Dekabrın 10-da Cənubi Afrika Respublikasının Yohannesburq şəhərindəki mərkəzi stadionda dövlət xadimi Nelson Mandela ilə vida mərasimi keçirilib. Dünyanın müxtəlif ölkələrindən ali qonaqların qatıldığı mərasimdə çıxış edən ABŞ prezidenti Barak Obama deyib ki, Mandela XX əsrin son xilaskarı olub. Mandelanı Martin Lüter Kinq və Mahatma Qandiyə bənzədən Obama qeyd edib ki, o, təkcə qanunları yox, ürəkləri dəyişən şəxsiyyətdir.
Mandela 1918-ci ildə Cənubi Afrika Respublikasının Umtatı bölgəsində anadan olub. Forta Her kollecində oxuyub, 1940-cı ildə tələbə tətilində iştirak etdiyinə görə oradan qovulub. Bundan sonra Yohannesburqda mədən qarovulçusu olub, hüquq məntəqəsində çalışıb.
1943-cü ildə Mandela Vitvatersrand Universitetinə daxil olub, 1948-ci ilə qədər oxusa da, hüquqşünas diplomu ala bilməyib, daha sonra London Universitetində oxuyub, amma oranı da bitirməyə müvəffəq olmayıb. Bakalavr dərəcəsini Mandela yalnız 1989-cu ildə - həbsinin son aylarında alıb. Həbsdə yata-yata o, Cənubi Afrika Universitetində qiyabi oxuyub.
1944-cü ildə Mandela Afrika Milli Konqresinin Gənclər Liqasına daxil olub və tezliklə onun liderlərindən birinə çevrilib. 1950 ci illərdə aparteidə qarşı ən fəal mübarizlərdən biri olub, dəfələrlə həbs edilib. Mandela 1956-cı ildə dövlətə xəyanətdə ittiham olunub, 1961-ci ildə bəraət alıb.
1960-cı ildən Afrika Milli Konqresinə liderlik edən Mandela 1964-cü ildə ömürlük həbs cəzasına məhkum olunub.
1990-cı ildə həbsdən buraxılıb və yenidən Afrika Milli Konqresinin lideri seçilib. 1993-cü ildə o, aparteidlə mübarizədə xidmətlərinə görə Nobel sülh mükafatı alıb.
1994-cü ildə CAR prezidenti seçilib. Səlahiyyət müddəti bitəndə - 1999-cu ildə siyasətdən çəkilib.
Mandela dekabrın 6-da vəfat edib.
---------
13:59
Cənubi Afrika Respublikasının sabiq və mərhum prezidenti Nelson Mandela ilə vilda mərasimi davam edir.
Bu gün səhər saatlarında CAR-ın Yohannesburq şəhərindəki FNB stadionu dolmağa başlamışdı.
Milli.Az ABC-yə istinadən bildirir ki, 95 min nəfər tutumu olan FNB stadionunda artıq 100 min insan var.
Mərasimə qatılanlar arasında ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama, Birləşmiş Ştatların sabiq prezidentləri Corc Buş, Bill Klinton, Cimmi Karter, habelə sabiq dövlət katibi Hillari Klinton var.
Barak Obamanın yanında isə Kuba prezidenti Raul Kastro Rus durmuşdu.
Mərasimdə CAR-ın sabiq prezidenti Frederik de Klerk, BMT-nin sabiq baş katibi Kofi Annan, Britaniyanın sabiq baş naziri Toni Bleyer, Zimbabve prezidenti Robert Muqabe, Braziliya prezidenti Dilma Russeff, Çin liderinin müavini Li Yuançjao, Namibiya prezidenti Hifikepunye Pohamba, Hindistan prezidenti Pranab Mukhereje, Fələstin prezidenti Mahmud Abbas, Əfqanıstan prezidenti Həmid Kərzay, Almaniya prezidenti Yoahim Qauk, Fransa prezidenti Fransua Olland, Britaniya karliçasının əri şahzadə Çarlz da olmaq şərtilə 89 dövlət və hökumət başçısı iştirak edirlər.
Tribunalarda bir çox şou-biznes ulduzları, o cümlədən CAR-dan olan aktrisa Çarliz Teron və U2 qrupunun solisti Bono da var.
Mərasimdə ABŞ prezidenti Barak Obama və BMT-nin baş katibi Pan Gi Mun çıxış ediblər.
Nelson Mandela dekabrın 15-də doğma məkanında, Soueto yaxınlığındakı Kunu kəndində dəfn ediləcək.
Yohannesburqdakı bugünkü vida mərasimindən sonra N.Mandelanın cənazəsi paytaxt Pretoriyada 3 sutka qalacaq.
Cümə günü isə nəş paytaxtda prezident, baş nazir iqamətgahları, parlament və nazirlik binalarının olduğu Union səmtində katafalka qoyulacaq.
Milli.Az
---------
20:01
Böyütmək üçün şəkillərə klikləyin.
---------
13:59













































Fotolar: ABC