Dünya

Şok kadrlar: qatar maşinistləri ölümlə oynayırlar - VİDEO - FOTO

2 Avqust 2013 09:44
0 Şərh     Baxış: 2 066
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Argentinada çəkilmiş bu kadrlar ölkə telekanallarından birində nümayiş olunandan sonra vətəndaşlar şoka düşüblər. Çünki onlar qatar maşinistlərinin belə davranacaqlarını ağıllarına belə, gətirə bilməzdilər.

Qatarların lokomotivlərinin maşinist kabinələrindəki videomüşahidə kameralarının çəkdiyi kadrlarda maşinistlərin bəziləri yatır, ya telefonla danışır və ya oynayır, ya da kitab oxuyurlar.

Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, belə başabəla maşinistlər son vaxtlar Argentinada dəmiryol qəzalarının sayının artmasına səbəb olub.

Şok kadrların yer aldığı video ölkənin daxili işlər naziri Florensio Randassonun göstərişi ilə yayılıb.

DİN başçısı dəmiryol nəqliyyatında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı xüsusi kampaniyanın təşəbbüskarıdır. Bu isə son iki həftədə ölkədə qatarlarla bağlı iki ağır qəzanın yaşanması ilə bağlıdır.

Kadrlarda bir maşinistin stansiyalar arasındakı yolda yatdığı görünür. Başqa çəkilişdə maşinist kameranı köynəyi ilə bağlayır. Digər kadrlarda maşinistlərdən biri kitab oxuyur, digəri isə mobil telefonla oynayır.

F.Randassonun dediyinə görə, bu maşinistlər işdən qovulublar. Eyni zamanda, dünəndən etibarən maşinistlər iş növbələrinə başlamazdan əvvəl qan analizi verməlidirlər: "Bu analizin məqsədi maşinistin çox yorulmadığına, narkotik maddələr və ya spirtli içkinin təsiri altında olmadığına əmin olmağımızdır".

Argentina Dəmiryol İşçilərinin Həmkarlar İttifaqı isə qatarlarda videomüşahidə kameralarının quraşdırılmasına etiraz edərək birgünlük tətilə hazırlaşır.

İttifaqın lideri Ruben Sorero deyib: "Belə başabəla maşinistləri müdafiə etmək niyyətində deyilik. Lakin nazir Florensio Randasso bütün maşinistləri yaramazlar kimi təqdim edir ki, bu da yolverilməzdir".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.





Fotolar: The Daily Mail
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.