Dünya Yeni ili necə qarşıladı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni il bütün dünyada bayram olmasına baxmayaraq, hər ölkənin özünəməxsus ənənələri var.
Milli.Az xəbər verir ki, Çexiyada Yeni il gecəsi şampan içilir və "xlebiçki" adlı çörəklə qəlyanaltı edilir. Slovakiyada sakinlər Bratislava körpülərindən 10 km-lik mini-marafon qaçışı keçirirlər. Avstriyada qalay əritmək və şokolad və ya marsipandan hazırlanmış kiçik donuz və fiqurlar hədiyyə etmək adətdir. Yunanıstanda insanlar evdə qalır, kart və oyunlar oynayır; qalibin bütün il boyu xoşbəxt olacağına inanırlar. Almaniyada saatın son zərbəsində stullarına qalxaraq Yeni ilə sevinclə daxil olurlar.
Ekvadorda sakinlər "Año Viejo" adlı böyük müqəvva hazırlayıb yandırır, Kubada isə saat 12-də evdəki bütün su pəncərədən axıdılır. İspaniyada insanlar saatın hər zəngində bir üzüm yeyir, hər gilə ilə bir arzu tuturlar. Yaponiya məbədlərində zənglər 108 dəfə çalınır, evlərdə "kadomatsu" qoyulur və süfrədə düyü keksindən "moçi" olur.
Braziliyada ağ paltar geyən insanlar dəniz kənarında 7 dalğanın üzərindən tullanaraq arzu tuturlar və sahildə şamlar yandırırlar. Filippində süfrəyə 12 dairəvi meyvə qoyulur, dairəvi forma pul və bərəkəti simvolizə edir. İtaliyada keçmiş illə vidalaşmaq üçün köhnə əşyalar pəncərədən atılır, qara paxlalı yeməklər isə rifah rəmzidir. Vyetnamda Yeni il gecəsi balıqlar çaya buraxılır, küslülər barışır və inanılır ki, balıqlar insanların həyatını il boyu izləyir.
Yeni ilin qeyd olunması yalnız təqvimin dəyişməsi deyil, həm də fərqli xalqların əsrlərlə qoruduğu mədəniyyət və maraqlı ənənələrin nümayişidir.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tofiqəxanım Qasımova vəfat etdi
-
Bakıda ağır cinayət: Böyük qardaşını öldürdü
-
Xəzərdə zəlzələ oldu
-
35 yaşlı kişi bıçaqlandı
-
“Qalatasaray” Nərimanın komandasını darmadağın etdi
-
Zaqatalada ağır qəza: Sürücü yanaraq öldü
-
Süzmə, yoxsa pətək balı? - Bunu alın
-
Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi - (Foto)
-
Yasəmən ayda 8 milyon qazanacaq
-
Eyni gündə 3 qadınla evləndi - (Video)
-
Dünyadan vaxtsız köçən ulduzlar
-
İnsult riskini artıran axşam vərdişləri
-
İtlərin insanları necə “oxuduğu” məlum oldu
-
Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı
-
Corcina Ronaldo ilə özəl fotosunu paylaşdı
-
Müxbirin ləhcəsi Bergüzar Koreli güldürdü - (Video)
-
İbrahim qızı ilə - (Foto)
-
Gəncədə boğularaq öldürülən qadının Fotosu
-
Məşhur müğənni məktəb illəri fotosunu paylaşdı
-
Keçmiş geridə qalır: 4 bürc həyatında yeni səhifə açacaq
-
Dünyada ən çox istifadə olunan emoji
-
Dünyanın ən yaxşı hücumçuları açıqlandı - Siyahı
-
Belarus bu ölkədəki səfirliyini bağlayır
-
"Mançester Siti" yeni hücumçu tapdı





