"Fransanın terrorçuların inkubatoruna çevrildiyini söyləmək mübaliğə olmaz".
Milli.Az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Zaxarova terrorçuların inkubatoruna çevrilmiş Fransaya öz evini qaydaya salmağı tövsiyə edib.
O, fransız əsilli insanların Yaxın Şərqdəki radikal islamçı təşkilatlarda geniş şəkildə təmsil olunduğunu xatırladıb.
"Əgər Fransa hakimiyyəti həqiqətən də terrorla mübarizəyə töhfə vermək istəyirsə, ilk növbədə öz evlərini qaydaya salmalıdırlar", - deyə Zaxarova vurğulayıb. /Bizim.Media
Milli.Az