Gürcüstanın keçmiş prezidenti Saakaşvili sərhədi pozduğuna görə 4,5 il müddətinə azadlıqdan məhrum edilib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini ölkənin dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilib və nəticədə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Əvvəlki məhkumluqların məcmu mahiyyətini nəzərə alaraq, hakim Mixeil Jinjolia yekunda ümumilikdə 12 il altı ay cəza kəsib.
Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi Saakaşvilini 2021-ci il oktyabrın 1-də sərhədi pozduğuna görə həbs edib. Bundan əvvəl, martın 12-də Tbilisi şəhər məhkəməsi onu külli miqdarda büdcə vəsaitini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum etmişdi.
Fidan
Milli.Az