Dünya

Tramp yüzminlərlə bayquşu öldürməyi əmr etdi - səbəb

13 Mart 2025 07:45
Baxış: 1 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp ölkə ərazisində yüzminlərlə bayquşun öldürülməsi üçün tapşırıq verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ağ Ev rəhbərinin sözügedən planı çərçivəsində 30 il ərzində 450 min bayquşun tələf edilməsi nəzərdə tutulur.

Planın illik dəyərinin 40 milyon avro olacağı bildirilir. Planın hədəfində Şimali Amerikanın şərqindən gələn və xallı bayquş da daxil olmaqla, yerli bayquş növlərini təhdid edən zolaqlı bayquşlar var.

D.Tramp administrasiyası zolaqlı bayquşların öldürülməsini ekoloji tarazlıq üçün məcburi addım sayır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.