Dünya

Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər

22 Fevral 2025 00:15
Baxış: 1 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp çox güman ki, mayın 9-da Moskvaya səfər edərək müharibənin bitməsinin ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək. 

Milli.Az APA-ya istinadla xəbər verir ki, bu barədə Fransanın "Le Point" jurnalı öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, bu il Avropada müharibənin başa çatmasından 80 il keçir. Ona görə də ABŞ prezidentinin Moskva şənliklərində iştirakı Rusiyanın Ukraynanı nasistlərlə eyniləşdirən tezislərinin bir növ təsdiqinə çevrilməlidir. 

Nəşrin mənbələrinin fikrincə alman nasistləri üzərində qələbədən 80 il sonra Putin digər nasistlər üzərində qələbəni qeyd etmək istəyir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.