Dünya

Bu görüşdə Ukrayna olmayacaq!

16 Fevral 2025 14:52
Baxış: 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Səudiyyə Ərəbistanında ABŞ və Rusiyanın iştirakı ilə aparılacaq danışıqlarda təmsil edəcək nümayəndələri olmayacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Prezident Zelenski bildirib ki, Səudiyyə Ərəbistanında Ukraynanı təmsil edəcək heç bir sözçü yoxdur. Bu gün danışıqlar masasında müzakirə oluna biləcək heç nə yoxdur. Rusiya danışıqlara hazır deyil", - M.Podolyak bildirib.

Podolyakın sözlərinə görə, Rusiya üçün danışıqlar bu 3 səbəb üçün lazımdır:

"Birincisi, ordunu təkmilləşdirmək üçün əməliyyat fasiləsi, ikincisi, ultimatum tələblərini artırmaq, üçüncüsü isə sanksiyalar mövzusunda spekulyasiya..."

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.