Mumbay polisi fevralın 11-də aldığı xəbərdarlıq zənginə əsasən, Baş Nazir Narendra Modinin xaricə səfəri zamanı terror hücumu təhlükəsi ilə bağlı araşdırmalara başlayıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, zəngdə Modinin təyyarəsinin hədəfə alına biləcəyi bildirilib. Məlumatın ciddiliyini nəzərə alan təhlükəsizlik orqanları dərhal lazımi tədbirlər görüb və araşdırma aparmağa başlayıb.
Hazırda Modi rəsmi səfərlə Fransa və ABŞ-da olsa da, onun təhlükəsizliyi ilə bağlı əlavə tədbirlər görülüb.
Milli.Az