Dünya

"Google"da bu ərazinin adı dəyişdi

11 Fevral 2025 10:50
Baxış: 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Google ABŞ istifadəçiləri üçün "Map" tətbiqində "Meksika Körfəzini" "Amerika Körfəzi" adlandıraraq dəyişiklik edib.

Milli.Az nytimes-a istinadla xəbər verir ki, bu barədə "Google" korporasiyası şirkətin bloqunda məlumat bölüşüb.

Google ABŞ-da olan istifadəçilərə yalnız "Amerika Körfəzi" adını göstərəcək, lakin Meksikadakı istifadəçilər hələ də "Meksika Körfəzi" adını görməyə davam edəcəklər. Dünyanın digər hissələrindəki istifadəçilər isə hər iki adı görəcəklər.

"Google Maps"in bu qərarı ABŞ hökumətinin coğrafi siyasəti ilə sıx bağlıdır. ABŞ-nin bu cür qərarları beynəlxalq səviyyədə birmənalı qarşılanmasa da, "Google"un belə ad dəyişikliklərini öz platformasında tətbiq etməsi, texnologiya şirkətinin dövlətlərlə əməkdaşlıq strategiyasını bir daha ortaya qoyur. 

Xatırladaq ki,  Prezident Donald Trump vəzifəyə başladığı ilk gündə ABŞ hökumətinin rəsmi xəritələrində "Meksika Körfəzini" "Amerika Körfəzi" olaraq dəyişdirməyi əmr etmişdi. Bu sərəncamdan sonra "Google" və digər xəritə proqramları bu dəyişiklikləri tətbiq etməyə başladı. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.