Dünya

Bu milyarder haqqında araşdırma BAŞLADI

9 Fevral 2025 18:59
Baxış: 5 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya prokurorluğu sanksiyadan yayınmaq ittihamı ilə rusiyalı milyarder Roman Abramoviç barəsində araşdırmaya başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.

Məlumata görə, Abramoviçin Qarmiş-Partenkirşendəki villası, iki "Buqatti", bir "Mersedes-Benz" və Lamborcini" avtomobilinə həbs qoyulması barədə qərar qəbul edilib.

Oberzulmdakı köhnə və idman avtomobilləri üçün ixtisaslaşmış şirkətdə saxlanılan avtomobillərin dəyəri bir neçə milyon avro qiymətləndirilir.

Maşınlardan əlavə, Federal Kriminal Polis İdarəsinin və Qarmiş-Partenkirşendəki Sanksiyaların İcrası üzrə Mərkəzi Ofisin əməkdaşları Abramoviçin villasında axtarış aparıb və sübut kimi bir neçə sənət əsərini müsadirə ediblər./axar.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.