HƏMAS israilli girovu BMT binalarında saxlayıb?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fələstinin HƏMAS hərəkatının döyüşçüləri İsrail girovlarından biri olan Emili Damarini fəaliyyəti əvvəllər İsraildə qadağan edilmiş BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) binalarında saxlayıblar.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yanvarın 19-da azad edilən qızın anası Mendi "X" sosial şəbəkəsində bildirib.
"HƏMAS Emilini UNRWA binalarında saxlayıb, iki dəfə qızımı yaralayıb və tibbi yardımdan məhrum edib. Onun sağ qalması möcüzədir", - deyə o yazıb.
Bu məlumata cavab olaraq UNRWA-nın nümayəndəsi Conatan Fauler bildirib ki, təşkilat bu iddialara ciddi yanaşacaq.
"Biz dəfələrlə UNRWA binalarının HƏMAS da daxil olmaqla Fələstin silahlı qrupları tərəfindən sui-istifadəyə məruz qalması ilə bağlı müstəqil araşdırmaların aparılmasına çağırış etmişik", - deyə o əlavə edib.
Daha əvvəl İsrail Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat vermişdi ki, Damari 7 oktyabr 2023-cü ildə HƏMAS-ın silahlı tərəfdarlarının İsrailə hücumu zamanı yaralanarkən iki barmağını itirib, daha sonra Qəzzada girov götürülüb.
Yanvarın 25-də yəhudi dövlətinin BMT-dəki daimi nümayəndəsi Dani Danon dünya təşkilatının baş katibinə UNRWA-nın 30 yanvara qədər İsraildəki bütün fəaliyyətini dayandırmalı olduğunu bildirib. Yanvarın 29-da İsrail hökumətinin rəsmi nümayəndəsi David Menser brifinqdə bildirib ki, İsrail 48 saat ərzində UNRWA-nın bütün ofislərini bağlayacaq, təşkilatın nümayəndələri ilə əlaqələri kəsəcək və yəhudi dövlətinin ərazisində onun fəaliyyətini qadağan edəcək. Daha sonra dünya təşkilatı başçısının rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib ki, UNRWA İsraildə qadağan edildikdən sonra da fəaliyyətini davam etdirir.
Xatırladaq ki, 2024-cü il oktyabrın 28-də Knesset (İsrailin birpalatalı parlamenti) UNRWA-nın ölkədə fəaliyyətini qadağan edən qanun qəbul edib. Qanun UNRWA-nın İsrail ərazisində nümayəndəliklərə malik olmasını, xidmətlər göstərməsini və birbaşa və ya dolayı yolla hər hansı fəaliyyət aparmasını qadağan edir. Qanun layihəsi agentlik əməkdaşlarının 7 oktyabr 2023-cü ildə HƏMAS Fələstin hərəkatının silahlı tərəfdarları tərəfindən yəhudi dövlətinə qarşı törədilmiş hücumda iştirakı barədə məlumatlar əsasında hazırlanıb. İsrail dəfələrlə UNRWA-nın bir çox işçisinin radikal hərəkatın hərbi qanadının fəaliyyətinə cəlb olunduğunu iddia edib./oxu.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qara dənizin rəngi dəyişdi - Sahil qəhvəyi rəngə boyandı
-
Razılaşma olmazsa, məsələ hərbi yolla həll ediləcək
-
Beynəlxalq xəbərdarlıq: Ebola təhlükəsi böyüyür
-
İran və ABŞ arasında mümkün anlaşmanın detalları açıqlandı
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Rusiyanın qazı kəsəcəyi xəbərinə Ermənistandan reaksiya
XƏBƏR LENTİ
-
Qara dənizin rəngi dəyişdi - Sahil qəhvəyi rəngə boyandı
-
Razılaşma olmazsa, məsələ hərbi yolla həll ediləcək
-
Tütün hər il 7 milyondan çox can alır
-
Beynəlxalq xəbərdarlıq: Ebola təhlükəsi böyüyür
-
Stalinin şərabları ilk dəfə hərraca çıxarılacaq
-
Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var
-
Goranboyda ağır QƏZA - Xəsarət alanlar var
-
"Taleyim belə gətirdi, peşman deyiləm"
-
Elm adamları açıqladı: Qocalmanın sürətləndiyi iki xüsusi yaş dövrü var
-
Qatıqsız almalı peçenye resepti
-
Milyon dollarlıq səhnələri unudun: Sadəcə bir otaqda çəkilən 5 dahiyanə film
-
Evinizə bu heyvanları gətirin - Rahatlıq və xoş əhval qazanacaqsınız
-
Alçadan mürəbbə necə hazırlanır? - Ev şəraitində asan resept
-
Bunu etsəniz, işıq pulu az gələcək
-
Geyimi ilə sosial medianı iki yerə böldü - FOTO
-
Gecələr qatıq yeməyin faydaları və zərərləri
-
İtaliyada toy edəcəklər
-
Günün qoroskopu: Empatiya quraraq problemlərin kökünü həll etməyə çalışın
-
Qiyməni pambıq kimi yumşaldan və qoxusunu aparan sirli üsul
-
İran və ABŞ arasında mümkün anlaşmanın detalları açıqlandı
-
Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Masazırda 8 saat işıq olmayacaq
-
PSJ yenə çempionlar çempionudur
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq





