Serbiyanın paytaxtı Belqradda qocalar evində yanğın baş verib.
Milli.Az xəbər verir ki, dövlət RTS televiziyasının verdiyi məlumata görə, Belqradın cənub kənarında yerləşən Barajevo bələdiyyəsində səhər saat 3:30 radələrində baş verən yanğında 8 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Fövqəladə hallar sektorunun zabiti Luka Kausiç evdə 30 nəfərin olduğunu bildirib:
"Bu, böyük faciədir, lakin daha da pis ola bilərdi" .
Yaralılar Belqraddakı xəstəxanaya yerləşdirilib.
Fidan
Milli.Az