Dünya

Təyyarə hava limanı üzərində 3,5 saat havada qaldı

31 Dekabr 2024 13:53
Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Krakovda eniş etməli olan WZZ401 reysinin pilotu qeyri-rəsmi rekord qırıb. Pilot 3,5 saat Tarnava və Nedzvedz arasında dövrə vurub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Polşa mediası məlumat yayıb.

Flightradar-24-ün məlumatına görə, təyyarə Krakov-Balitse hava limanı ətrafında 27 dövrə vurub.

Təyyarə bazar günü yerli vaxtla saat 07:35-də Katovitsedən havaya qalxsa da, təyinat yerinə, yəni Krakov şəhərinə çatmayıb. Bir neçə saat hava limanı üzərində dövrə vurduqdan sonra təyyarə öz uçuş yerinə qayıdıb.

Qeyd edək ki, təyyarə Krakova hava şəraitinə görə eniş etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.