Putinin nüvə çıxışından sonra Şimali Koreyaya gözlənilməz səfər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın Müdafiə naziri Andrey Belousov Şimali Koreyaya səfər edib.
Milli.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, Belousov Şimali Koreyanın hərbi və hərbi-siyasi nümayəndələri ilə danışıqlar aparacaq.
Rusiya xəbər agentliklərinin məlumatına görə səfər zamanı Belousov iki ölkə arasındakı dostluq əlaqələrinin, hərbi əməkdaşlıq da daxil olmaqla, bütün sahələrdə aktiv şəkildə inkişaf etdiyini vurğulayıb. Bu səfər, iyun ayında Rusiya və Şimali Koreya arasında imzalanan strateji tərəfdaşlıq müqaviləsindən sonra iki ölkə arasındakı hərbi əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Belousov Şimali Koreyanın müdafiə naziri No Kvang Çol tərəfindən Pxenyanda hərbi orkestrin müşayiəti ilə qarşılanıb.
Qeyd edək ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra Moskva ilə Pxenyan arasındakı hərbi əlaqələr daha da güclənib. Rusiya və Şimali Koreya Birləşmiş Millətlər Təşkilatının sanksiyaları altında olsalar da, iyun ayında hərbi yardım və Qərbin sanksiyalarına qarşı əməkdaşlığı nəzərdə tutan strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar.

ABŞ və Cənubi Koreya Şimali Koreyanı Rusiyanın Ukrayna müharibəsinə dəstək üçün 10 mindən çox hərbçi göndərməkdə ittiham edir. Mütəxəssislər bildirirlər ki, Şimali Koreyanın lideri Kim Çen In bu dəstəyin qarşılığında ordusunun yüksək texnologiyaya və döyüş təcrübəsinə yiyələnməsinə maraq göstərir.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün Ukraynanın nüvə silahına sahib olmasına mane olacaqlarını bəyan edib. O, əgər Ukrayna nüvə silahına sahib olmağa cəhd göstərərsə, Rusiyanın bütün mövcud silahlarını istifadə edəcəyini bildirib. Putin əlavə edib ki, Ukraynanın nüvə silahı istehsal etməsi demək olar ki, mümkünsüzdür, lakin "çirkli bomba" hazırlamaq potensialları ola bilər.
İslam
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı
-
İki nəfərin öldüyü “Şəki yaylası” məşhur iş adamının imiş
-
Namiq Qaraçuxurlunun canlı ifası müzakirə yaratdı - (Video)
-
Braziliyalı hücumçu "Sabah"da
-
Ucal faciədən bir gün əvvəl evliliyinin birinci ildönümünü qeyd edibmiş...
-
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
-
Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcək
-
Bağçalara növbəyə yazılma vaxtı açıqlanıb
-
Müğənni Səidənin əri ilə rəqsi yarımçıq qaldı – Müzakirə yaradan Video
-
Xalq artisti xəstəxanaya yerləşdirildi
-
“Qarabağ”ın keçmiş qapıçısı azarkeşləri hədələdi - Klubdan qovdular
-
“General Hospital”ın baş həkimi və poliklinika həkimi məhkəmə qarşısında
-
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yeniləndi
-
Cahid İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
-
Messi Avropada klub alır
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib - (Foto)
-
Azərbaycanın Xalq artisti Aleksandr Şarovski vəfat edib
-
Arda Gülerə Çempionlar Liqasından möhtəşəm mükafat - Luiş Fiqu təqdim etdi - (Foto)
-
BDYPİ-dən hərəkət iştirakçılarına müraciət
-
Paşinyan Fransaya getdi
-
Abdullah Zubirin Səudiyyə Ərəbistanında çıxışına maneə
-
Bakıda Dördüncü İqlim Həftəsinin üçüncü günü keçirilir
-
Dünya bazarında neft yenidən bahalaşdı





