Hindistanda 300 min insan təxliyə edilib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Hindistanda tropik fırtına xəbərdarlığı edilib. Bu səbəbdən 300 min insan təxliyə edilib.Məktəblərdə təhsil dayandırılıb, insanlar təhlükəsiz bölgələrə aparılıb.
Hindistan Meteorologiya İdarəsinin verdiyi açıqlamada küləyin sürətinin saatda 100-120 kilometr olduğu və bu gün və ya sabah səhər saatlarında ölkənin şərq sahillərindən quruya çatmasının gözlənildiyi qeyd edilib.
Nərmin Mahmudova
Milli.Az