Dünya

Ermənistan ehtiyyatda olan zabitləri orduya çağırır

23 Oktyabr 2024 12:00
Baxış: 1 076
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qeyri-döyüş itkilərinin qarşısını almaq üçün istefada olan zabitlər Ermənistan ordusuna qaytarılır.

Milli.Az xəbər verir ki,bu barədə erməni mətbuatı xəbər yayıb.

Ermənistanda 2024-cü ilin yanvarından bəri silahlı qüvvələrdə 26 hərbçinin öldüyü bildirilib. Bu səbəbdən qeyri-döyüş şəraitində ölənlərin sayını azaltmaq üçün istefada olan zabitlər Ermənistan ordusunda xidmətə qaytarıla bilər.

Məlumata görə, Ermənistan hakimiyyət zabitlərin kəskin çatışmazlığını qəbul edib və təcili tədbirlər görülmədən qeyri-döyüş şəraitində artan itkiləri dayandırmağın çətin olacağını başa düşüb.

Oktyabrın 22-də hökumət bu problemi müzakirə edib. Parlamentin müdafiə və təhlükəsizlik komissiyasının sədr müavini Armen Xaçatryan "Hərbi xidmət haqqında" qanuna təqaüddə olan zabitlərin pensiyalarını saxlamaqla və maaşlarını almaqla xidmətə qayıtmaq imkanı verən dəyişiklik təklif edib.

Nərmin Mahmudova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.