Dünya

İrana çağırış edildi: İşğaldan əl çək!

17 Oktyabr 2024 12:05
Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr və Avropa Brliyi İranı körfəzdəki Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarının işğalına son qoymağa çağırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə adı çəkilən qurumların birgə bəyanatında deyilib.

Bəyanatda İranın bu adalara nəzarət etməsi Birləşmiş Ərəb Əmirliklərinin ərazi bütövlüyünün və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinin pozulması adlandırılıb.

Qeyd edək ki, bundan əvvəl İranın tərəfdaşları - Rusiya və Çin də adı çəkilən adaların Birləşmiş Ərəb Əmirliklərinə məxsus olduğunu bildiriblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.