Dünya

27 il əvvəl qız qaçırdığına görə həbs edildi - Hazırda 4 övladı var

12 Oktyabr 2024 12:44
Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistan polisi məhkəmənin 27 il əvvəl irəli sürdüyü qızqaçırma ittihamı ilə 48 yaşlı kişini həbs edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "The Times of India" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Qucarat ştatının kəndlərindən birinin sakininin həbsinə dair order təxminən 30 il əvvəl qaçırılan qızın qohumlarının tələbi ilə verilib, lakin məlum olub ki, bütün bu illər ərzində yerli polis məmurlarının ağır iş yükü səbəbi ilə həbs icra edilməyib. Təqsirləndirilən şəxs onun barəsində həbs qərarının verilməsindən xəbərsiz olub. Xoşbəxt evlilik illəri ərzində onun ailəsində valideynlərinin nikahları haqqında heç nə bilməyən dörd qız övladı dünyaya gəlib.

Həbs edildikdən iki gün sonra həmin şəxs məhkəmə qarşısına çıxıb. Onu bu əməlinə görə bir neçə il həbs cəzası gözləyirdi və məhkəmə qaçırılan qızı valideynlərinə təhvil verməli idi. Bununla belə, hakimlər ittiham üzrə məhdudiyyət müddəti başa çatdığı üçün kişini cinayət məsuliyyətindən azad edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.