Dünya

Moskvaya genişmiqyaslı hücum: Onlarla PUA vuruldu, ölən var

10 Sentyabr 2024 18:51
Baxış: 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 10-na keçən gecə Rusiyanın doqquz bölgəsi Ukrayna dronlarının genişmiqyaslı hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyi 144 dronun vurulduğunu bildirir. Dronlardan biri Moskva ətrafındakı Ramenskidə çoxmərtəbəli binaya çırpılıb, bir qadın həlak olub.

Milli.Az bildirir ki,  Oxu.Az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, bu, ən genişmiqyaslı Ukrayna hücumlarından biridir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, burada gecə ərzində 72 pilotsuz uçuş aparatı vurulub. Həmçinin Moskva vilayəti ərazisində 20, Kursk vilayətində 14, Tula vilayətində 13, Belqorod vilayəti ərazisində 8, Kaluqa vilayəti ərazisində 7 dron vurulub. Voronej, Lipetsk və Oryol vilayətlərinin ərazisində də bir neçə dron vurulub.

Moskva ətrafındakı Ramenskidə dronlardan biri Sportivnıy prospektində çoxmərtəbəli binaya düşüb, nəticədə 11-12-ci mərtəbələrdə bir neçə mənzildə yanğın baş verib.

Ukrayna tərəfi isə dronların kütləvi hücumu barədə məlumatları şərh etmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.