Moskva vilayətinin Ramenskoye rayonuna dron hücumu zamanı iki yaşayış binasında yanğın baş verib.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyevin məlumat verib.
Onun sözlərinə görə, Ukraynaya məxsus pilotsuz təyyarənin Ramenskoyedəki yaşayış binasına çırpılması nəticəsində 11-12-ci mərtəblərdəki evlərdə yanğın baş verib, 9 yaşlı uşaq ölüb.
PUA-lardan biri isə Vısokovoltnaya küçəsindəki binaya çırpılıb. Hadisə zamanı bir nəfər yaralanıb.
O, həmçinin bildirib ki, ümumilikdə bu gecə hava hücumundan müdafiə qüvvələri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna şəhər rayonlarında 14 pilotsuz uçuş aparatı vurub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun