ABŞ-nin Miluoki şəhərində taxtadan dünyanın ən hündür göydələni tikiləcək.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bina "Michael Green Architecture" tərəfindən layihələndirilib.
Hələlik göydələnin hündürlüyü ilə bağlı dəqiq məlumat yoxdur. Bununla belə, onun 55 mərtəbəyə qədər olacağını bildirib. Hal-hazırda da dünyanın ən hündür taxta binası Miluokidə yerləşir. Həmin tikili 25 mərtəbədən ibarətdir.
Çoxlu terrasa yer veriləcək binanın qülləsi qismən yaşıllıqlarla örtüləcək. Təklif olunan layihə üçün 700 milyon dollardan çox investisiya tələb olunur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun