Moskvanın mərkəzində inşaat işçiləri arasında kütləvi dava düşüb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
"Belarusskaya" metro stansiyasının yaxınlığında onlarla fəhlə arasında baş verən dava nəticəsində bir neçə nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib.
Dava iştirakçılarının Orta Asiyadan gələnlər olduğu bildirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun