Dünya

Dünya Rusiyanı orada görmək istəyirsə... - Zelenski

31 İyul 2024 22:26
Baxış: 1 213
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bütün dünya Rusiyanı danışıqlar masası arxasında görmək istəyirsə, Ukrayna buna qarşı çıxa bilməz.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski "Le Monde"yə müsahibəsində deyib.

"Əksər ölkələr kimi inanıram ki, noyabrda keçiriləcək ikinci sülh sammitində Rusiya nümayəndələri iştirak etməlidir, əks halda biz həyati nəticələr əldə edə bilməyəcəyik. Mən onların birgə plan hazırlamağımıza mane olmalarını istəmirəm. Əgər dünya onları danışıqlar masası arxasında görmək istəyirsə, buna mane ola bilmərik", - deyə Zelenski bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.