Dünya

"Əgər müharibəni bitirmək istəyiriksə, bizə..."

6 İyul 2024 08:00
Baxış: 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstanın Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli imkanlarını müzakirə etdiyi Moskvaya səfəri ilə bağlı Aİ rəhbərliyinin tənqidlərini rədd edib.

Milli.Az "report"a istinadən bildirir ki, Macarıstan hökumətinin başçısı Brüssel bürokratiyasının özünün hələ də müharibə aparan tərəflər arasında münasibətlərin normallaşması üçün heç nə etmədiyini xatırladıb.

"Məhz bu Brüssel bürokratik cəfəngiyyatı Rusiya-Ukrayna müharibəsində sülhə yol tapmaqda heç bir nəticə vermədi, əgər müharibəni bitirmək istəyiriksə, bizə bürokratik deyil, siyasi yanaşma lazımdır", - deyə Orban sosial şəbəkədə yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.