Dünya

“Böyük Şeytan”ın İrəvana müdaxiləsi... - İran

5 İyul 2024 15:48
Baxış: 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın regiondakı siyasəti Cənubi Qafqaz xalqlarının maraqlarını nəzərə almır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İranın İrəvandakı səfiri Mehdi Sübhani Vaşinqtonun Ermənistan-Azərbaycan prosesini dəstəkləməsi ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

"Ermənistan və Azərbaycanın sülhə nail olmaq səylərini alqışlayırıq. Müharibənin əleyhinəyik və sülh tərəfdarıyıq. Regionda sülhə alternativ yoxdur. Bu, prinsipial yanaşmamızdır. İrəvanla Bakı arasında dialoqun tərəfdarıyıq", - o bildirib.

Sübhani qeyd edib ki, Tehran Vaşinqtona etibar etmir:

"Böyük Şeytan"(ABŞ - red.) bölgəyə daxil olmaqla öz məqsədlərini güdür, xalqların sülh və təhlükəsizliyi üçün səy göstərmir. Məqsədlərinə çatmaq üçün ABŞ müxtəlif vasitələrdən istifadə edir. Onlar Cənubi Qafqazı başqa ölkə ilə hesablaşma platformasına çevirmək istəyirlər. "Böyük Şeytan"la bağlı təcrübəmizi nəzərə alsaq, onların iddialarına çox şübhə ilə yanaşırıq. İran ABŞ-ın region ölkələri üçün xeyir istədiyinə inanmır. Burada hər hansı bir müharibə və ya gərginlik regionun bütün ölkələrinə təsir edəcək".

Onun sözlərinə görə, region ölkələrinin daxil olduğu 3+3 formatı uzunmüddətli sülhə nail olmağa kömək edə bilər.

Qeyd edək ki, ABŞ-ın Ermənistanda böyük səfirliyi, biolaboratoriyaları var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.