Dünya

Üçüncü dünya müharibəsi qapımızda: Hazırlıq gedir

22 İyun 2024 18:30
Baxış: 1 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın bütün ərazilərinə zərbələr endirməsinə icazə verməsi üçüncü dünya müharibəsinin başlanmasına gətirib çıxarır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot sosial şəbəkə hesabında bildirib.

"Tam dəlilik! Müharibə şahinləri üçüncü dünya müharibəsinin başlaması üçün hər şeyə hazırdır", - deyə o qeyd edib. Filippot bildirib ki, münaqişənin kəskinləşməsi sülh istəyən Donald Trampın prezident seçkilərində mümkün qələbəsi ərəfəsində baş verir.

Filippotun fikrincə, ABŞ-ın qərarından sonra Fransa hökumətinin də oxşar addımı ola bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.