Yeni Kaledoniyada fövqəladə vəziyyət rejimi ləğv edilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransa hakimiyyəti Yeni Kaledoniyada iğtişaşlar səbəbindən mayın 15-də tətbiq olunan fövqəladə vəziyyəti ləğv etmək qərarına gəlib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransanın Sakit okeandakı dənizaşırı ərazisinin ali komissarlığının ofisi tərəfindən dərc edilmiş bəyanatda deyilir.
Bildirilir ki, son 24 saatda ərazidə vəziyyətin sabitləşməsi tendensiyası müşahidə olunub. Yeni Kaledoniyada fövqəladə vəziyyət rejimi mayın 28-də yerli vaxtla saat 5:00-dan başlayaraq ləğv ediləcək.
Bununla belə, hüquq-mühafizə orqanları yüksək hazırlıq vəziyyətində qalmağa davam edəcək. Hakimiyyət, həmçinin axşam və gecə saatlarında qüvvədə olan komendant saatını hələlik ləğv etmək niyyətində deyil.
"İğtişaşların yatırılması zamanı 460-dan çox insan saxlanılıb. Yeddi nəfər, o cümlədən iki jandarm həlak olub, hüquq-mühafizə orqanlarının 122 əməkdaşı yaralanıb", - deyə ali komissarlığın məlumatında bildirilib.
Qeyd edək ki, Parisdə Yeni Kaledoniyada 10 il yaşayan Fransa sakinlərinə əyalət seçkilərində səsvermə hüququ verən qanun layihəsinin qəbul edilməsi adada iğtişaşlara səbəb olub. Yerli liderlərin fikrincə, bu yerli əhali olan kanakların səslərinin gücünü azaldacaq.
Fransa hökuməti adaya çox sayda hərbçi, polis, jandarma qüvvələri və xüsusi xidmət orqanlarının əməkdaşları göndərib.
Yüzlərlə etirazçı həbs edilib, bütün nümayiş və aksiyalar, eləcə də, sosial şəbəkələr qadağan edilərək bağlanılıb. Jurnalistlərin adaya girişi məhdudlaşdırılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq





