Dünya

“Deyəsən saqqalı saxta idi, ərimi gözümün qabağında güllələdi”

23 Mart 2024 00:28
Baxış: 1 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva yaxınlığında yerləşən "Crocus City Hall" konsert zalında 40 nəfərin ölümü, onlarla şəxsin yaralanması ilə nəticələnmiş terror aktının şahidləriaçıqlamalar veriməyə başlayıb.

Milli.Az savash.org-a istinadla xəbər verir ki, əri gözünün qarşısında güllələnmiş qadın terrorçuları ən yaxından görənlərdən biridir.

Təşviş içində olan qadın bunları deyib: "Mən və ərim birinci cərgədə əyləşmişdik. Silahlı şəxs anidən 10 metrliyimizdə peyda oldu. Kamuflyajda idi. Mənə elə gəldi ki, saqqalı saxtadır. O , avtomatdan atəş açmağa başladı. Gözümün qabağında ərimi güllələdi. Kömək etməyə vaxtım yox idi. Hamı qaçırdı və axın məni özü ilə apardı. Hələ də ümid edirəm ki, ərim sağdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.