Dünya

Hindistanda ağır qəza - azı 22 nəfər öldü

24 Fevral 2024 14:26
Baxış: 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Uttarkxand ştatında baş verən yol qəzasında 8-i uşaq olmaqla azı 22 nəfər həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli administrasiyanın nümayəndəsi Raciv Aqraval bildirib.

Qeyd edilib ki, onları daşıyan traktorun yol kənarındakı gölməçəyə aşması nəticəsində həlak olublar.

"Hazırkı məlumatlara görə, 22 nəfər ölüb, 5 nəfər yerli xəstəxanalardadır. Təxminən 10 nəfər yaralanıb", - Aqraval jurnalistlərə bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.