Dünya

“ABŞ-nin köməyi olmasa, Ukrayna uduzacaq”

24 Fevral 2024 01:22
Baxış: 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı senatorlara deyib ki, ABŞ-nin yenidən köməyi olmasa, Ukrayna Rusiya ilə münaqişədə məğlubiyyətə uğrayacaq"​.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Konqresin yuxarı palatasındakı demokrat çoxluğun lideri Çak Şumer "X" sosial şəbəkəsində bildirib:

"Zelenski mənə və bizim nümayəndə heyətinə dedi ki, bu həyati yardım olmasa, Ukrayna müharibəni uduzacaq, Ukrayna xalqı, ABŞ və demokratiya üçün dəhşətli nəticələr olacaq".

Şumer həmçinin ABŞ Konqresinin Nümayəndələr Palatasını Senatda hazırlanıb qəbul edilən qanun layihəsini təsdiqləməyə çağırıb. Sənəd Ukraynaya 60 milyard dollardan çox yardımın ayrılmasını nəzərdə tutur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.