Dünya

Fələstinin "cəsur qız"ı azad edildi - FOTO

30 Noyabr 2023 21:00
Baxış: 775
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fələstinin "cəsur qızı" kimi tanınan Ahed Tamimi sərbəst buraxılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail ilə Həmas arasında gərginliyin davam etdiyi Qəzzada tərəflər arasında müvəqqəti atəşkəs üçüncü dəfə uzadılıb.

Tərəflər arasında əsir mübadiləsi davam edərkən, İsrail tərəfindən azad edilən 14 qadın və 16 uşaq olmaqla 30 fələstinli məhbus ailələri ilə görüşüb.

Sərbəst buraxılanlar arasında oktyabrın 7-dən sonra İsrail əsgərlərinin saxladığı "cəsur fələstinli qız" Ahed Tamimi də var.

Ahed Tamiminin azadlığa buraxılması Fələstin ictimaiyyətində sevinc dalğası yaradıb.

Xatırladaq ki, Təmimi İsrail əsgərinə xəsarət yetirdiyi üçün 2017-ci ildə həbs edilmişdi. O zamandan onu fələstinlilər "cəsur qız" adlandırıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.