Dünya

İsrail - HƏMAS müharibəsində 5 günlük fasilə?

19 Noyabr 2023 12:41
Baxış: 822
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ, İsrail və Fələstinin radikal HƏMAS təşkilatı döyüşlərdə beş günlük fasilə və girovların azad edilməsi ilə bağlı razılığa gəlməyə yaxındırlar.

Milli.Az xəbər verir ki, bu barədə "Qafqazinfo" "The Washington Post"a istinadən xəbər verir.

"Tərəflər müqavilə bağlamağa yaxındırlar, döyüşlərdə beş günlük fasilə zamanı Qəzza zolağında girov saxlanılan onlarla qadın və uşaq azad ediləcək" - mənbə nəşrə bildirib.

Məlumata görə, altı səhifəlik razılaşma münaqişənin bütün tərəflərinin ən azı beş gün ərzində hərbi əməliyyatları donduracağını nəzərdə tutur.

İddiaya görə, sənəd ABŞ, İsrail və HƏMAS-ı təmsil edən Qətər vasitəçilərinin iştirakı ilə Dohada keçirilən məsləhətləşmələrdən sonra razılaşdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.