Dünya

Baydendən müharibə ilə bağlı BƏDBİN PROQNOZ

10 Noyabr 2023 14:40
Baxış: 844
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəzza zolağında atəşkəs şansı yoxdur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Ağ Evdə jurnalistlərə deyib.

Qəzzada atəşkəs şansı ilə bağlı suala Bayden "Heç bir şans yoxdur", - deyə cavab verib.

Bundan başqa Bayden ABŞ-nin amerikalı girovların azad edilməsi üçün əlindən gələni edəcəyini bildirib: "Biz onları azad edənədək dayanmayacağıq".

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.