Dünya

Ərdoğan ECO sammitindən Ermənistana çağırış edib

9 Noyabr 2023 13:08
Baxış: 742
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında Ermənistana çağırış edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ərdoğan Zirvə toplantısındakı çıxışı zamanı Xəzər keçidli Orta dəhlizin əhəmiyyətinin daha da artdığını bəyan edib.

O qeyd edib ki, Qarabağdan Əfqanıstana qədər hər yerdə həmrəylik göstərilməlidir.

"Qarabağın azad olunması nəticəsində regionda sülhə bir az da yaxınlaşdıq. Ermənistan öhdəliklərini yerinə yetirsə, bu proses daha da asanlaşacaq", - deyə R.T.Ərdoğan əlavə edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.