Dünya

Dünya SƏKSƏKƏDƏ: Yeni pandemiya barədə ÇAĞIRIŞ

25 Oktyabr 2023 20:53
Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus kimi yeni pandemiyalar mümkündür, ölkələr hazır olmalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge xəbərdarlıq edib.

O, əsas məsələnin yeni pandemiyanın yaranma yeri və vaxtının deyil, dövlətlərin buna hazır olmasında gördüyünü bildirib.

"İnanıram ki, biz indi (koronavirus pandemiyasından əvvəlki dövrdən) daha yaxşı hazırlaşmışıq", - deyə ÜST-nin Avropa üzrə regional direktoru izah edib.

Kluge bütün ölkələri sanitar-epidemioloji sahədə nəzarəti gücləndirməyə çağırıb.

"Peyvəndlərin, həmçinin müalicə təcrübəsinin mübadiləsi və paylaşılması çox vacibdir", - deyə o sözlərini yekunlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.