Dünya

Ərdoğan Putinlə telefonla danışdı

24 Oktyabr 2023 18:11
Baxış: 676
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin telefonla danışıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, iki ölkə lideri İsrail-Fələstin münaqişəsini müzakirə edib.

Türkiyə və Rusiya prezidentləri İsrail-Fələstin münaqişəsində artan gərginliyi və bölgədə yaşanan humanitar böhranı müzakirə ediblər.

Türkiyə prezidenti Qərbin səssizliyinin Qəzzadakı humanitar böhranı qarşısıalınmaz səviyyəyə keçirdiyini bildirib. Ərdoğan həmçinin, Türkiyənin regionda sülhün təmin olunması üçün lazımi hər cür səyləri göstərməyə davam edəcəyini bildirib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.