Dünya

Ermənistan özünü MDB çərçivəsində tərəfdaş kimi aparmır - Lukaşenko

13 Oktyabr 2023 14:36
Baxış: 903
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində özünü tərəfdaş kimi aparmır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasda çıxışı zamanı deyib.

"Xatırladıram ki, MDB-nin yaradılmasında əsas məqsəd Sovet İttifaqının dağılmasından sonra əlaqələrin kəsilməsinin qarşısını almaq idi. Birincisi, Gürcüstan bizim assosiasiyadan çıxdı, de-fakto Ukrayna bizimlə deyil. Moldova ilə bağlı böyük suallar var. Təəssüf ki, Ermənistan həmişə özünü tərəfdaş kimi aparmır", - deyə o, bildirib.

Lukaşenko bu prosesin kənardan sakit müşahidə oluna bilməyəcəyini vurğulayaraq əlavə edib ki, əks halda MDB "sadəcə parça-parça olacaq".

Xatırladaq ki, oktyabrın 13-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.