Dünya

Bu ölkə də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

29 Sentyabr 2023 17:34
Baxış: 877
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məlumat Böyük Britaniya hökumətinin elektron portalında dərc edilib.

Qeyd olunub ki, yeni sanksiyaların tətbiq edilməsinə səbəb kimi Ukraynanın işğal olunmuş ərazilərində keçirilən qondarma "seçkilər" göstərilib.

Sanksiya siyahısına 11 fiziki və hüquqi şəxs, o cümlədən Rusiya Mərkəzi Seçki Komissiyası, Rusiya Federasiyası MSK-nın katibi Natalya Budarina, qondarma "Xerson Regional Dövlət Administrasiyası"nın rəhbəri Andrey Alekseenko və Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova daxil edilib.

Sanksiyalara aktivlərin dondurulması və Böyük Britaniyaya girişin qadağan edilməsi daxildir.

Həmçinin əlavə olunub ki, Britaniya hökumətinin yeni sanksiyalar suverenliyə, demokratiyaya və bərabərliyə açıq hücuma qarşı mübarizənin bariz nümunəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.