Dünya

İrəvanda hökumətə qarşı kütləvi etiraz aksiyası keçirilir

25 Sentyabr 2023 21:15
Baxış: 1 030
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən nümayişçilər İrəvanın mərkəzindəki Respublika meydanına toplaşıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hökumət binasının bilavasitə yaxınlığında yerləşən əraziyə artıq iki mindən çox insan gəlib.

Toplananlar hökumət əleyhinə şüarlar səsləndirir, ölkə rəhbərliyini və şəxsən baş nazir Nikol Paşinyanı ölkənin hazırkı vəziyyətinə görə günahlandırırlar.

Qeyd edək ki, hökumət binasının mərkəzi girişi ilə üzbəüz polis qüvvələri düzülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.