Dünya

Bu 3 ölkə nüvə sınaq meydançalarını genişləndirir

22 Sentyabr 2023 19:55
Baxış: 1 203
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya, ABŞ və Çin son onilliklər ərzində özlərinin nüvə sınaq meydançalarında yeni obyektlər tikib və yeni tunellər qazıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, adıçəkilən ölkələrin nüvə sınaq meydançalarından əldə olunan peyk görüntüləri bunu təsdiqləyir.

Üç böyük nüvə dövləti arasında gərginliyin ən yüksək həddə çatdığı son onilliklər ərzində ABŞ, Çin və Rusiyanın qaçınılmaz nüvə sınağına hazırlaşdığına dair heç bir sübut olmasa da, peyk görüntüləri sınaq meydançalarının cəmi bir neçə il öncəsi ilə müqayisədə genişləndiyini göstərir.

Bunlardan biri Çinin qərbində Sincan əyalətində, digəri Rusiya tərəfindən Şimal Buzlu Okean arxipelaqında, digəri isə ABŞ-nin Nevada səhrasına fəaliyyət göstərir.

Peyk görüntüləri son bir neçə il ərzində dağların altında yeni tunellərin qazıldığını, yeni yolların və saxlama obyektlərinin inşa edildiyini, eləcə də sınaq meydançalarına daxil olan və çıxan nəqliyyatın hərəkətin artdığını əks etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.