Dünya

ÜST-dən koronavirusla bağlı həyəcan təbili - Yenidən...

26 Avqust 2023 07:09
Baxış: 1 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada koronavirusun yayılma hallarının ümumi azalması fonunda bəzi ölkələrdə koronavirusa yoluxma, bununla bağlı xəstəxanaya yerləşdirilmə və ölüm hallarının sayı artır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenvrədə brifinq zamanı deyib.

Onun sözlərinə görə, COVID qlobal sağlamlıq təhlükəsi olaraq qalır.

"ÜST-ə bildirilən məlumatlara əsasən, yoluxma halların sayı azalmaqda davam etsə də, bəzi ölkələrdə xəstəxanaya, reanimasiya şöbələrinə yerləşdirmə və ölüm hallarının artdığını müşahidə edirik", - deyə o bildirib.

Qebreyesus qeyd edib ki, ÜST bütün ölkələri EG.5 və BA.2.86 kimi yeni variantların yayılma riskinin qiymətləndirilə bilməsi üçün nəzarəti və hesabatlılığı gücləndirməyə çağırmaqda davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.