Dünya

ABŞ İrana qarşı sanksiyaları yumşaldacaq? - Blinkendən AÇIQLAMA

11 Avqust 2023 12:40
Baxış: 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ dövlət katibi Entoni Blinken İranın beş amerikalını azad etməsi məsələsinə münasibət bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Blinken bu qərarın İrana qarşı sanksiyaları yumşaltmayacağını deyib.

"İcazənizlə, məsələyə aydınlıq gətirim. Heç bir halda İrana qarşı sanksiyalar ləğv edilməyəcək", - o vurğulayıb.

Qeyd edək ki, İranla ABŞ bir sıra məsələlərdə razılıq əldə edib. Razılaşmaya əsasən, İran beş ABŞ vətəndaşını azad edib. ABŞ bunun qarşılığında bir neçə iranlı məhbusu azad edəcək, eləcə də, İranın dondurulan 6 milyard dollarlıq aktivlərini əldə etməsinə şərait yaradacaq. İlkin mərhələdə amerikalılar azad edilib, onlar vətənlərinə döndükdən sonra ABŞ öz öhdəliklərini yerinə yetirəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.