Dünya

Britaniyada Consonla bağlı yeni təhqiqat başlandı

5 İyul 2023 15:38
Baxış: 846
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

London polisi Britaniyanın keçmiş baş naziri Boris Consonun (2019-2022) iqamətgahında mümkün koronavirus qaydalarının pozulması ilə bağlı yeni təhqiqata başlayır və əvvəllər apardıqları növbəti araşdırmanı bərpa edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə çərşənbə axşamı Skotland-Yardın yaydığı məlumatda deyilir.

Bildirilir ki, baş nazir pandemiya zamanı öz iqamətgahında dostları ilə görüşlər təşkil edərək koronavirus məhdudiyyətlərini dəfələrlə pozub.

Öz növbəsində, sabiq hökumət başçısının nümayəndəsi bildirib ki, görüşlər o vaxt qüvvədə olan qanunvericiliyə uyğun keçirilib.

Qeyd edək ki, məhz bu və digər qalmaqallar vaxtilə Consonun baş nazir vəzifəsindən istefasına səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.